Klyuvert növbəti mövsümə harda başlayacaq? - RƏSMİ

Klyuvert növbəti mövsümə harda başlayacaq? - RƏSMİ
"Roma"nın vingeri Castin Klyuvert icarə əsasında "Nitsa"nın şərəfini qoruyacaq.
Fanat.Az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Nitsa" qarşıdakı mövsüm başa çatandan sonra Klyuvertin transfer hüquqlarına da yiyələnə bilər.
 
Qeyd edək ki, Patrik Klyuvertin oğlu olan Castin "Roma"ya 2018-ci ildə "Ayaks"dan transfer olunmuşdu. Bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 68 matça çıxan niderlandlı "canavarlar"ın formasıyla 9 qol vurub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər