Martın 23-də İngiltərə, 26-da Portuqaliya ilə yoldaşlıq oyununda gücünü sınayacaq Hollandiya millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Ronald Kuman yığmaya 33 futbolçu çağırıb. Narıncı formanı geyinəcək oyunçulardan biri də Patrik Klyuvertin oğlu Castin Klyuvertdi. "Ayaks"ın 18 yaşlı yarımmüdafiəçisi ilk dəfə ölkənin əsas seçməsində top qovmaq şansı yaxalayıb.
Qeyd edək ki, Castinin atası Patrik də 18 yaşında əsas millidə debüt edib.
Fanat.Az