Dortmund "Borussiya"sı son mövsümü icarə əsasında Moskva "Spartak"ında keçirən Andre Şürrleni satmağa qərar verib.
Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu Şürrle ilə 2 milyon avro qarşılığında vidalaşmağa hazırdı. Əlbəttə, məşhur futbolçunun bu qiymətə satılması səbəbsiz deyil.
"Arılar" üçün əsas olan ildə 7 milyon avro əməkhaqqı alan və heyətə düşməyən yarımmüdafiəçidən qurtulmaqdı.
Qeyd edək ki, Şürrle "Borussiya"ya 2016-cı ildə "Volfsburq"dan transfer olunsa da, komandanın aparıcı simalarından biri olmağı bacarmayıb.
Fanat.Az