Klubu Balotellini 50 faiz ucuz satacaq

Klubu Balotellini 50 faiz ucuz satacaq

"Nitsa" bu mövsüm ümidləri doğrulda bilməyən Mario Balotelli ilə əməkdaşlığa son qoymaq istəyir.

 

Fanat.Az xəbər verir ki, Fransa təmsilçisi ildə 3,7 milyon avro maaş alan 28 yaşlı hücumçuya 1,5 milyon avroya müştəri axtarır. Bir müddət öncə forvarda 3 milyon qiymət qoyan klub ondan mümkün qədər tez qurtulmaq üçün məbləği 50 faiz aşağı salıb. Gecə həyatından əl çəkməyən, tez-tez məşqlərə gecikən, işinə məsuliyyətsiz yanaşan ön xətt oyunçusuyla qışda vidalaşmaq mümkün olsa, onun mövqeyinə yeni hücumçu alınacaq.

Qeyd edək ki, Mario cari mövsüm Patrik Vieyranın komandasında cəmi 10 matça çıxıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər