Klub rəsmisi it hücumuna məruz qaldı

Klub rəsmisi it hücumuna məruz qaldı
İtaliyanın "Latsio" klubunun idman direktoru İqli Tare pitbul itinin hücumuna məruz qalıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. 
Hadisə nəticəsində onun iki kiçik itindən biri ölüb, digəri isə itib.  47 yaşlı funksioner isə yüngül xəsarətlər alıb.
Pitbulun zəncirsiz olduğu və hasarı keçərək hücum etdiyi bildirilib. Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər