Klub rəsmisi həbs edildi

Klub rəsmisi həbs edildi
"Anderlext" klubunun sabiq baş meneceri Herman van Holsbek həbs olunub.
Fanat.Az xəbər verir ki, Belçika polisi keçmiş klub rəsmisini çirkli pulların yuyulması və futbolda korrupsiyaya dair istintaq çərçivəsində saxlayıb. 64 yaşlı van Holsbek Monako və Londonda axtarışlar aparıldıqdan sonra həbs edilib.
Qeyd edək ki, bundan əvvəl "Real"ın qapıçısı Tibo Kurtuanın agenti Kristof Henrotay eyni səbəbdən saxlanılıb. Hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və oyunçuların keçidlərinin qeydiyyatı zamanı korrupsiya hallarını araşdırır. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər