"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmannın adı yay bir neçə top-klubla hallanırdı.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Enrike Serezo hücumçu Antuan Qrizmannın gələcəyi haqda bunları deyib:
“Qrizmann komandamızın bir hissəsidir. O, bizim üçün önəmlidir. Keyfiyyətli futbolçulardan ibarət yaxşı heyətimiz var. Bəli, “Vilyarreal”a uduzduq, amma bazar ertəsi “Valensiya” ilə oyunumuz olacaq. Hər şey yaxşı olacaq”.
Emin