Klub prezidenti koronavirusdan dünyasını dəyişib

Klub prezidenti koronavirusdan dünyasını dəyişib
"Marsel" klubunun sabiq prezidenti Pap Diuf 68 yaşında koronavirusdan dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marsel" bəyanat yayıb. Diuf 2005-2009-cu illər aralığında "Olimpik"in prezidenti olub. Klub bu müddət ərzində bir dəfə Liqa 1-i ikinci sırada bitirib, iki dəfə isə Fransa Kubokunda final oynayıb.
"Marsel"in tvitter hesabındakı paylaşımda qeyd olunub: "Pap həmişə "Marsel"lilərin ürəyində yaşayacaq. O, klub tarixinin ən böyük "memar"larından biridi".
Qeyd edək ki, Pap Diuf fəaliyyətinə jurnalist kimi başlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər