Klub binasına silahlı basqın: yaralılar var

Klub binasına silahlı basqın: yaralılar var
Türkiyənin ikinci liqasında çıxış edən "Kastamonuspor 1966" klubunun binasına silahlı hücum olub. Fanat.Az xəbər verir ki, nəticədə klub müdiri Eren Uzun və futbolçu Salih Sefercik ayağından vurulubö
Hər iki yaralı Kastamonu Dövlət Xəstəxanasına yerlişdirilib. Onlara sialhı hücum edən şəxsin əvvəllər klubda masajçı işlədiyi, işdən çıxarılan, amma sonradan yenidən işə götürülən Əmrə Sarıoğlu adlı şəxs olduğu müəyyənləşib.
"Balıkesirspor"la iki dəfə aşağı liqanın qalibi olan, "Orduspor"la yarımfinal oynayan, "Giresunspor"la pley-off mərhələsinə vəsiqə qazanan Salih Sefercik iki mövsümdü "Kastamonuspor 1966"da çıxış edir. Onun futbolçu karyerasının bitə biləcəyi deyilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər