Kloppu əvəzləyəcək mütəxəssis Salah barədə qərarını verdi

Kloppu əvəzləyəcək mütəxəssis Salah barədə qərarını verdi

Cari mövsümün sonunda "Liverpul"un baş məşqçi postunu tərk edəcək Yürgen Kloppun yerini tutacaq "Feyenoord"un çalışdırıcısı Arne Slot "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın gələcək taleyi ilə bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən jurnalist Ben Ceykobs yayıb.

Xəbərə görə, Slot Salahın "Liverpul"da qalmasını olduqca vacib sayır. Mənbə danışıqlar zamanı niderlandlı mütəxəssisin İngiltərə nəhənginin rəhbərliyinə bu barədə fikirlərini çatdırdığını da vurğulayıb.

Xatırladaq ki, Salah "Liverpul"a 2017-ci ildə "Roma"dan keçib. Cari mövsüm mersisaydlıların forması ilə bütün turnirlərdə 41 matça çıxan Mo 24 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 31 yaşlı oyunçunun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər