Kloppdan məğlubiyyət şərhi: "Yaxşı oynamadıq"

Kloppdan məğlubiyyət şərhi: "Yaxşı oynamadıq"

İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində "Liverpul" səfərdə "Lester Siti"yə 0:1 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, "Sky Sports" danışan "mersisaydlılar"ın baş məşqçisi Yurgen Klopp məğlubiyyəti şərh edib. 

“Lester Siti" üçün layiqli nəticə idi. Qəribə oyun oldu. Yaxşı oynamadıq. Topla davranışımız düzgün deyildi. Pis oyun keçirdik. Ona görə də məğlubiyyət təbiidir.

Qəbul etdiyimiz qərarlar yalnış idi. Bəlkə də bir az şanssızlıq oldu. Qol vurmaq üçün daha çox şansımız olmalıdır. Bəli, qalib gəlmək üçün onların sayı kifayət qədər idi. Ancaq itirsəniz, daha çox yaratmalısınız.

Matça yaxşı başladıq. Amma sonradan ritmi tamamilə itirdik. Biz özümüzü daha yaxşı müdafiə etməliyik. Normal futbolumuzu oynasaq, tez-tez qalib gəlmək şansımız olacaq”.

Xatırladaq ki, hazırda "Liverpul" 41 xalla turnir cədvəlinin 2-ci pilləsindədir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər