Klopp onu təriflədi: "İnanılmaz oyun keçirdi"

Klopp onu təriflədi: "İnanılmaz oyun keçirdi"

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Kubokunun yarımfinal oyununda - "Mançester Siti" ilə matçda (3:2) mersisaydlıların hücumçusu Sadio Manenin dubl etməsindən danışıb.

Fanat.Az xəbər verir ki, alman çalışdırıcı fikirlərini klubun saytına bölüşüb:

"Mane inanılmaz oyun keçirdi. O, pressinq edir, rəqibin müdafiə xəttini təzyiq altında saxlayırdı. Vurduğu ilk qol çox xoşuma gəldi. Birinci mükəmməl idi, amma ikinci qol da oyuna yaraşan qol idi. Sadiodan təbii ki, razıyam".

Qeyd edək ki, finala çıxan "Liverpul" həlledici matçda "Çelsi" - "Kistal Pelas" duelinin qalibi ilə üz-üzə gələcək. İkinci finalçının adına bu gün aydınlıq gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər