"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Bayern Münhen"ə keçən Sadio Mane haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sports Germany" 55 yaşlı mütəxəssisin dedklərini belə çlatdırıb:
“O, uzun illər oynayacaq. 38-39 yaşa qədər çıxış edə bilər. Mane inanılmaz bədən quruluşuna malikdir. "Bayern Münhen" çox yaxşı oyunçu alıb.
Sadio komandasını dəyişmək istəyirdi və biz bundan maksimum yararlanmağa çalışdıq. Onun üçün darıxacağıq, amma narahat deyiləm".
Emin