"Liverpul"la oyunda "Çelsi"nin baş məşqçisi Frenk Lempard və rəqibin məşqçilər heyəti arasında gərginlik yaşanmışdı.
Lempard matçdan sonra verdiyi açıqlamada "Liverpul" tərəfini "təkəbbürlü" adlandırmışdı. Fanat.Az BBC-yə istinadən xəbər verir ki, "mersisaydlılar"ın baş məşqçisi Yürqen Kloppun ingilis həmkarına cavabı gecikməyib. Alman mütəxəssis açıqlamasında qeyd edib:
"Biz təkəbbürlü deyilik. Hətta bu sözün ifadə etdiyi məna ilə heç bir əlaqəmiz yoxdu. Frenk rəqabət əhval-ruhiyyəsində idi. Bunu başa düşürəm və hörmətlə yanaşıram. Mənim üçün oyundan sonra məsələ bağlandı. Lempard final fiti səsləndikdən sonra, oyunun gedişində baş verən hadisə barədə danışmamağı öyrənməlidi. Başa düşdüyüm qədəriylə, o, belə etməyib. Mən bunu sevmədim".
Fanat.Az