"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsi barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, cari mövsümün sonunda "qırmızılar"ı tərk edəcək alman mütəxəssisin sözlərini klubun mətbuat xidməti belə çatdırıb:
"Bizi hələ qarşıda 10 oyun gözləyir. Bəlli məsələdir ki, hələ heç nə həll olunmayıb. Çempionatda növbəti oyunumuzu "Brayton"a qarşı keçirəcəyik. "Qağayılar" bizim üçün həmişə asan rəqib olmayıb. Ardından isə "Aston Villa", "Tottenhem" və başqaları ilə qarşılaşmalıyıq. "Mançester Siti"nin isə "Arsenal"la oyunu var. Titul uğrunda bir neçə komanda mübarizə aparır və hamısı çox güclü kollektivlərdir. Nə edə biləcəyimizi zaman göstərəcək".
Qeyd edək ki, 28 tura 64 xal toplayan "Liverpul" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.
Nihat