"Klopp danışanda heç nə başa düşmürəm" - Darvin Nunyes

"Klopp danışanda heç nə başa düşmürəm" - Darvin Nunyes

"Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyes baş məşqçi Yürgen Kloppun dediklərini anlamadığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, ESPN GB uruqvaylı forvardın dediklərini belə çatdırıb:

"Düzü, Klopp danışanda heç nə başa düşmürəm. Əlbəttə ki, komanda yoldaşlarımdan baş məşqçinin söylədiklərini tərcümə etməsini xahiş edirəm. İstənilən halda, Kloppun futbolçulardan meydanda nə istədiyini dəqiq çatdıra bildiyinə əminəm".

Xatırladaq ki, Nunyes "Liverpul"a bu yay "Benfika"dan transfer olunub. İngiltərə Premyer Liqasında 4 matça çıxaraq 1 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər