Almaniyalı mütəxəssis Yürgen Klinsman Cənubi Koreya millisinin baş məşqçisi vəzifəsindən azad edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Mənbənin məlumatına görə, məşqçiyə işdən qovulması barədə Koreya Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşdə məlumat verilib.
Klinsmanın rəhbərlik etdiyi yığma yarımfinal oyununda İordaniyadan gözlənilməz məğlubiyyət alaraq Asiya Kubokunu qazana bilməyib.
Xatırladaq ki, Yürgen 2023-cü ildən Cənubi Koreya millisini çalışdırmağa başlamışdı. O, daha öncə ABŞ və Almaniya millilərinə rəhbərlik edib. Mirağa