"Klassik şahmat baxımlılığını itirir" - Teymur Rəcəbov

"Klassik şahmat baxımlılığını itirir" - Teymur Rəcəbov

"Klassik şahmat öz baxımlılığını itirir, buna görə də sürətli şahmata keçmək lazımdır".

Fanat.Az xəbər verir ki, bu sözləri Rusiyanın TASS agentliyinə açıqlamasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

"Mən çox yerdə oynamışam və müxtəlif turnirlərin qalibi olmuşam. Lakin kommersiya xarakterli klassik turnirlər artıq öz baxımlılığını itirir. Mənə daha çox dünya çempionu ola biləcəyim turnirlər, dünya kuboku və ya Olimpiya medalları qazana biləcəyim yarışlar maraqlıdır. Bundan sonra diqqətimi yalnız bu turnirlərə ayıracağam. Bundan əlavə, düşünürəm ki, şahmat daha sürətli olmalıdır" - deyə, 35 yaşlı qrossmeyster bildirib.

Qeyd edək ki, T.Rəcəbov 2019-cu ildə Dünya Kuboku turnirinin qalibi olub. O, həmçinin Azərbaycan yığmasının heyətində 3 dəfə Avropa çempionatının qızıl medalını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər