“Marsel”in yarımmüdafiəçisi Dimitri Payetin qolu Konfrans Liqasında mövsümünün ən yaxşısı kimi tanınıb.
Fanat.Az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Payet azarkeşlərin səsverməsi nəticəsində birinci yeri tutub. Fransalı futbolçu həmin baxımlı qolu turnirin ilk 1/4 final matçında uzaq məsafədən Yunanıstan PAOK-unun qapısını vurub (2:1).
Həmin qolun videotəkrarını təqdim edirik: