"Tottenhem"in baş məşqçisi Antonio Konte Harri Keynin komandadakı gələcəyi ilə bağlı suala sərt reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, "Football London" italiyalı çalışdırıcının dediklərini belə çatdırıb:
"Bunu biz klub rəhbərliyi ilə birlikdə mətbuat konfransı təşkil edəndə soruşarsınız. Sualı sonraya saxlayın. Ümid edirəm ki, onu nə vaxtsa verə biləcəksiniz. Niyə cavab verməliyəm ki? Hörmətsizlik etdiyimi düşünməyin, təkrar edirəm, sizə həmişə eyni şeyi deyirik. Məni çətin vəziyyətə salmaq istəyirsiniz? Niyə? Nəyə görə axı? İnanın mədəni olmağa çalışıram. Mən xeyirxah insanam, amma ümid edirəm ki, siz məni anlayırsınız. Mən problem istəmirəm".
Qeyd edək ki, Keynin "Tottenhem"lə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Nihat