Keyn oynamağa hazırdı? - SON VƏZİYYƏT

Keyn oynamağa hazırdı? - SON VƏZİYYƏT
"Tottenhem"in hücumçusu Harri Keyn zədəsini sağaldıb.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, arxa bud sümüyündən əməliyyat olunan və yanvar ayından bəri futboldan uzaq düşən Keyn yaşıl meydanlara qayıtmağa hazırdı.
Bununla belə, Mourinyu ingilis forvardın, o cümlədən onun komanda yoldaşları - Steven Berqveyn və Mussa Sissokonun formada olub-olmamağından tam əmin deyil:
"Zədəni sağaltmaq başqa məsələdi, oynamağa hazır olmaq başqa. Onlar uzun müddət idi ki, zədəli idilər. Zədələrini sağaltdıqdan sonra isə məşqlərimiz dayandı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər