"Keşlə"nin oyunu azarkeşsiz keçiriləcək - QƏRAR

"Keşlə"nin oyunu azarkeşsiz keçiriləcək - QƏRAR
UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunu "Soçi" - "Keşlə" oyunu azarkeşsiz keçiriləcək. 
 
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı görüşə tamaşaçıların buraxılmayacağı təstiqlənib.
 
Azarkeşlərə müraciətdə deyilir: "Təəssüf ki, sizin dəstəyinizin əvəzinə oyunu tamamilə fərqli atmosferdə oynamalıyıq. Bu, yalnız azarkeşlər üçün deyil, həm də klub üçün üzücü xəbərdir. Qısa zamanda oyuna alınan biletlərinin geri qaytarılması üçün elan yerləşdirəcəyik. Verdiyimiz narahatlığa görə üzr istəyirik. Bu gün komanda meydana ikiqat motivasiya ilə girəcək ki, evdə kompüter və ya smartfonun ekranından belə olsa, oyundan zövq alasınız."
 
Qeyd edək ki, "Soçi" - "Keşlə" görüşü bu gün Soçi şəhərinin "Fişt" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması 29 iyulda baş tutacaq.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər