Kerrik MY-ni tərk etdi

Kerrik MY-ni tərk etdi

Maykl Kerrik "Mançester Yunayted"dən ayrılıb.

Fanat.Az xəbər verir ki, Ule-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra baş məşqçi əvəzi olaraq çalışan Kerrikin açıqlaması "Arsenal"la oyundan (3:2) sonra klubun saytı vasitəsi ilə yayımlanıb:

"Bu möhtəşəm klubda keçiridiyim zamanı karyeramın ən yaxşı dönəmi kimi xatırlayacağam. 15 il öncə müqaviləyə imza atanda bu sayda mükafat qazana biləcəyim ağlıma da gəlməzdi. İndi isə getməyin əsl vaxtı olduğuna qərar verdim".

MY-ni mövsümün sonunadək Ralf Ranqnik çalışdıracaq.

Kerrik "qırmızı şeytanlar"ın heyətində 464 matça çıxıb. O, Mançester təmsilçisi ilə 5 dəfə İngiltərə çempionluğunu bayram edib və Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər