Keçmiş klub rəhbərlərinə cinayət işi açıldı

Keçmiş klub rəhbərlərinə cinayət işi açıldı

Moskva vilayətinin hüquq-mühafizə orqanları "Tambov"un keçmiş sahibi və idman direktoru Pavel Xudyakovu saxlayıblar.

Fanat.Az xəbər verir ki, pul oğurlaması ilə bağlı bir sıra cinayət işlərində iştirak edən sabiq funksioner  müvafiq istintaq hərəkətlərinin aparılması üçün polis orqanına gətirilib. Xudyakov bir neçə ildir Tambov vilayətinin verdiyi subsidiyaları mənimsəməkdə şübhəli bilinir. İstintaqın məlumatına görə, hakimiyyət "Tambov"a ildə bir milyard rubla (23 milyon azn) yaxın vəsait ayırıb, keçmiş klub rəhbərləri bu pulları müxtəlif qanunsuz sxemlərlə mənimsəyiblər.

Qeyd edək ki, daha əvvəl məlum olub ki, hüquq-mühafizə orqanları “Tambov” futbol klubunun keçmiş rəhbərlərinə qarşı dələduzluqla bağlı cinayət işi üzrə axtarışlar aparır. Keçmiş idman direktoru Pavel Xudyakovun, sabiq baş direktor Olqa Konovalovanın və klubun daha bir neçə əməkdaşının evlərində axtarışlar aparılır. Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər