"Kayrat"da ciddi itki

"Kayrat"da ciddi itki

Qazaxıstanın "Kayrat" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda Vaqner Lavın xidmətindən yararlana bilməyəcək.

Fanat.Az xəbər verir ki, bu barədə qazax jurnalist Aydın Kojahmet özünün İnstagram səhifəsində bildirib.

O, braziliyalı hücunçunun topuq nahiyəsindəki zədə səbəbindən meydana çıxmayacağını açıqlayıb. Təcrübəli forvard XXIV turda səfərdə "Aktobe"yə 2:1 hesabı ilə qalib gəldikləri qarşılamanı da buraxıb.

Bundan əvvəl Almatı təmsilçisi erməni futbolçu Kamo Ohanesyanı Bakıya gətirməyəcəyini açıqlamışdı. 

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər