Kaxaber Tsxadadze "Kayrat"dan getdi

Kaxaber Tsxadadze "Kayrat"dan getdi

Qazaxıstan "Kayrat"ını çalışdıran "İnter"in sabiq baş məşqçisi Kaxaber Tsxadadze postundan istefa verib.

Fanat.Az xəbər verir ki, o klubla müqaviləsini qarşılıqlı şəkildə pozub. Mütəxəssisə qalıb işləməyi təklif etsələr də o bunu istəməyib. Səbəb kimi də avrokuboklarda uğursuz nəticələri göstərib. O nəticələrə cavadeh olduğunu və məsuliyyət daşıdığını bildirib. 

Mütəxəssis ötən mövsüm "Kayrat"a Qazaxıstan superkubokunu və ölkə çempionatının gümüş medallarını qazandırıb.

Onun istefasını qəbul edən rəhbərlik gələcək karyerasında uğurlar arzulayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər