Kavani niyə MY-ni seçdiyini açıqladı

Kavani niyə MY-ni seçdiyini açıqladı
"Mançester Yunayted"in hücumçusu Edinson Kavani niyə məhz MY-ni seçdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, klubun saytına açıqlamasında belə danışıb:
"Bir sıra təkliflər almışdım. İngiltərədə oynamaq fürsəti yetərincə diqqətçəkən oldu. Təbii, həm də "Mançester Yunayted"də çıxış etmək imkanı mənim üçün xüsusi motivasiya idi. Yüksək hədəflər uğrunda mübarizə aparmağa hazıram. Bütün gücümlə işləməyə, özümü yaxşı tərəfdən göstərməyə çalışacam. 
"Mançester Yunayted"də əfsanəvi futbolçuların geyindiyi "7" nömrəli futbolkanı daşımaq böyük məsuliyyətdi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər