"Kante geyim barədə düşünmür, 10 ildir ki, eyni telefonu işlədir"

"Kante geyim barədə düşünmür, 10 ildir ki, eyni telefonu işlədir"

"Çelsi"nin hücumçusu Kay Haverts komanda yoldaşı Nqolo Kantenin avtomobillərlə maraqlanmadığını, geyim barədə düşünmədiyini və 10 ildir ki, eyni telefonu işlətdiyini deyib.

Fanat.Az xəbər verir ki, "The Guardian" onun fikirlərini belə çatdırıb:

"Futbolçular adətən bahalı geyimlər geyinir, brillianta üstünlük verirlər. Ancaq hamı belə deyil. Hərənin bir xasiyyəti var. Məsələn, Toni Kroos sakit, lovğalıqdan uzaq adamdır. O, bilir ki, həyat yalnız futboldan ibarət deyil. Nqolo Kante isə bir başqadır. Kante avtomobillərlə maraqlanmır, geyim barədə düşünmür və 10 ildir ki, eyni telefonu işlədir. 

Əlbəttə, insanları bədxərclik etdiklərinə görə qınamaq lazım deyil. Bu, onları xoşbəxt edirsə, əlavə şərhə yer qalmır. Ola bilsin ki, ürəklərinin dərinliyində onlar da yaxşı insanlardır və sadəcə, diqqət mərkəzində olmağı sevirlər".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər