Kanselu 2 milyon avrodan imtina edibmiş

Kanselu 2 milyon avrodan imtina edibmiş

Müqavilə ilə "Mançester Siti"yə məxsus olan, cari mövsüm icarə əsasında "Barselona"nın formasını geyinən sağ cinah müdafiəçisi Joau Kanselu Kataloniya təmsilçisinə keçmək üçün 2 milyon avrodan imtina edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, "Barselona" ötən ilin yay transfer pəncərəsinin son günündə də maliyyə feyr-pleyinin tələblərini yerinə yetirə bilmədiyi üçün portuqaliyalını heyətə qatmaqla bağlı ciddi problemlə üzləşib. Mənbə həmin vaxt heç bir təminat olmadan 2 milyon avrodan imtina edən Joaunun bu məbləğin sonradan ödənilməsinə şifahi şəkildə razılaşdığını vurğulayıb.

Xatırladaq ki, cari mövsüm bütün turnirlərdə 33 matça çıxan Kanselu 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər