Rusiya I Divizionunda 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "SKA Xabarovsk" evdə "Tekstilşik"lə üz-üzə gəlib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Görüşün iştirakçısı olan Kamran 69-cu dəqiqədə oyuna qoşulub. Komandasının sonuncu qoluna da 88-ci dəqiqədə məhz 22 yaşlı futbolçu imza atıb.
Xallarını 48-ə yüksəldən "SKA Xabarovsk" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.