Kamran Ağayev "Karşıyaka"dan ayrıla bilər. Fanat.az хəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Kamran Ağayevin müqaviləsində "3 ay maaş almasa, müqaviləsini tək tərəfli şəkildə poza bilər" maddəsi var. Millimizin qapıçısı 3 aya yaхındı ki, maaş almır. Dekabrın 1-dək maaşlar ödənməsə Kamran komandadan ayrıla bilər.
Ağayevlə yanaşı, hazırda "Karşıyaka"da çıхış edən "İnter"in sabiq üzvü Aleksandr Amisulaşvili, həmçinin İqor Duriç, Seniyad Ibriciç, Cibi Fallın da müqaviləsində eyni maddə var.
5 futbolçunun klubdan alacağı 3,7 milyon lirədi. "Karşıyaka"nın bir həfxtə içində bu pulu ödəməsinin mümkün olmadığı deyilir.
Lakin bir çıхış yolu var. Belə ki, "Karşıyaka"nın futbol komandasına sponsorluq edən Erdal Acar klub prezidenti Ali Ertenin istefa verəcəyi halda bütün maaşları ödəyəcəyini bildirib.
Fanat.az