Kadi "Zenit"lə liderlik matçından danışdı

Kadi "Zenit"lə liderlik matçından danışdı

“Krasnodar”ın yarımmüdafiəçisi, "Qarabağ"ın sabiq futbolçusu Kadi Borges MOİK-ə məğlubiyyətdən (0:1) sonra Sankt-Peterburq “Zenit”i ilə birinci yer uğrunda mübarizəni şərh edib.

Fanat.Az xəbər verir ki, "Çempionat" braziliyalı oyunçunun dediklərini belə çatdırıb:   “Pis heç nə baş verməyib. Qarşıda bizi Sankt-Peterburqda gərgin qarşıdurma gözləyir. Bu, maraqlı oyun olacaq. Ümid edirik ki, ən güclü qalib gələcək”.

Rusiya Premyer Liqasının 13 turundan sonra "Krasnodar" 28 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. “Zenit” isə hazırda liderdən cəmi iki xal geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər