Kadi Malinovski duyğularını "Instagram"da bölüşdü

Kadi Malinovski duyğularını "Instagram"da bölüşdü

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Malinovski özünün şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Fanat.Az xəbər verir ki, Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə yendikləri görüşdə - UEFA Konfrans Liqasının qrup oyununda dubl edən braziliyalı legioner ürək sözlərini bölüşüb: 

"Həyatımda baş verənlərə görə Tanrıya minnətdaram. Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komandamız və ailəmiz var".

Qeyd edək ki, Nikosiydakı görüşün 52 və 90+4-cü dəqiqələrində rəqib qapısına yol tapan Kadinin ilk qolu KL-in 2-ci turunun ən yaxşısı seçilib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər