"Dünən birinci hissə haqda dediklərimin bu gün əksini etdik”.
Fanat.Az-ın məlumatına görə, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alseio deyib.
Latviyada təlim-məşq toplanışında olan millimiz yerli komanda ilə ikinci dəfə yoldaşlıq oyunu keçirib və bərabərə qalıb - 2:2.
Matçdan sonra fikirlərini federasiyanın saytı ilə bölüşən braziliyalı mütəxəssis oyundan razı qalmadığını deyib: "Oyuna nəzarət edə bilmədik, müdafiədə və hücumda çoxlu səhvlərə yol verdik. Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər. Rəqib isə bu gün çox istəkli idi, demək olar, səhvsiz oynadı. Qarşıda daha iki oyunumuz var”.
Qeyd edək ki, tərəflər arasındakı ilk matç yığmamızın 3:1 hesablı qələbəsi ilə bitmişdi.
Fanat.Az