Jonatan Ta "Bayern"də nə qədər qazanacaq? - MƏBLƏĞ

Jonatan Ta "Bayern"də nə qədər qazanacaq? - MƏBLƏĞ

"Bayer Leverkuzen"in müdafiəçisi Jonatan Ta karyerasını "Bayern Münhen"də davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Bayern & Germany" yayıb.

Xəbərə görə, 28 yaşlı futbolçu Münhen təmsilçisinə keçəcəyi halda, illik 9 milyon avro maaş alacaq. Mənbə Tanın "Bayern"də hər mövsüm bonuslar şəklində daha 3 milyon avro da qazana biləcəyini də diqqətə çatdırıb. 

Qeyd edək ki, Jonatan Leverkuzen klubuna 2015-ci ildə "Hamburq"dan transfer olunub. O vaxtdan bəri "əczaçılar"ın forması ilə 353 matça çıxan arxa xətt oyunçusu bu qarşılaşmalarda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Tanın "Bayer"lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər