Jalə Əliyeva Avropa çempionu oldu

Jalə Əliyeva Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 62 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Anna Fabiana 6:2 hesabı ilə qalib gələrək qitə çempionu olub.

53 kq-da yer alan Gültəkin Şirinova isə yarışın bürünc medalını qazanıb. O, həlledici dueldə Beatris Ferenti tam üstünlüklə (11:1) yenib.

Beləliklə, Azərbaycanın qadın güləşi millisi çempionatı 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Xatırladaq ki, daha əvvəl Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) bürünc mükafata sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər