"İstefaya göndərilməkdən qorxmuram"

"İstefaya göndərilməkdən qorxmuram"

"Milan"ın baş məşqçisi Stefano Pioli istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, mütəxəssis belə danışıb: 

“İstefaya göndərilməkdən qorxmuram. Rəhbərliyim altında olan komandanın potensialını tam şəkildə ortaya qoymasını istərdim. Biz meydanda daha uzun müddət yaxşı futbol sərgiləməliyik".

Qeyd edək ki, "Milan" hazırda A Seriyasının turnir cədvəlində 33 xalla 3-cü pillədə mövqe tutub. "qırmızı-qaralar" əzəli rəqibindən -  lider "İnter"dən 12 xal geri qalır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər