İsrail yığması Kosovodan xalsız qayıtdı

İsrail yığması Kosovodan xalsız qayıtdı

AÇ-2024-ün seçmə mərhələsində bu gün bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, təxirə salınmış oyunda Kosovo millisi İsrail yığmasını qəbul edib.

Meydan sahibləri minimal hesablı qələbə sayəsində 3 xal qazanıblar – 1:0. Yeganə qolu Milot Raşiça qonaqların qapısından keçirib. 

Sözügedən komandaların yer aldığı İ qrupunda hazırda vəziyyət belədir: Rumıniya – 16. İsveçrə – 15. İsrail – 11. Kosovo – 10. Belarus – 6. Andorra – 2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər