İspan ulduz karyerasını bitirir

İspan ulduz karyerasını bitirir

"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda futbolla vidalaşacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb.

34 yaşlı ispaniyalı yarımmüdafiəçi "Monako"nun ikinci komandasının heyətində çıxış edərkən zədələnib və yəqin ki, bu mövsüm bir daha meydana çıxmayacaq. Onun knyazlıq təmsilçisi ilə olan müqaviləsinin müddəti yayda başa çatır və klub çətin ki, Fabreqasla yeni müqavilə imzalasın.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər