İspaniyalı siyasətçi Migel Anxel Revilya portuqaliyalı hücumçu Kriştianu Ronaldunu sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, buna futbolçunun sevgilisi Corcina Rodriqesin ona Yeni il hədiyyəsi kimi avtomobil hədiyyə etməsi səbəb olub.
Revilya sevgilisinin Ronalduya bahalı avtomobil hədiyyə etməsini pornoqrafiya ilə müqayisə edib:
“İndi insanlar çox çətin dövrlərdən keçir. Ronaldunun sevgilisinin ona hədiyyəsi pornoqrafiya ilə müqayisə oluna bilər. Kaş telekanallarda belə şeylər az danışılsaydı. Bir az daha təvazökar olmaq lazımdır. İnsanların indi yaşadıqlarını nəzərə alsaq, əxlaq nöqteyi-nəzərindən bu münasibət ağır pornoqrafiyaya nümunədir”.
Corcina Ronalduya lüks “Rolls-Royce Dawn” avtomobili hədiyyə edib.
Ronaldu əvvəlki klubu “Mançester Yunayted”lə müqaviləni ləğv etdikdən sonra azad agentdir. Futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə 500 milyon avro qarşılığında 2,5 illik müqaviləyə imzala atacağına dair xəbərlər yayılıb.