İspan klubunda 28 nəfərdə koronavirus aşkarlanıb

İspan klubunda 28 nəfərdə koronavirus aşkarlanıb
"Fuenlabrada" klubunun daha 12 üzvündə koronavirus aşkarlanıb.
Fanat.Az "Fuenlabrada"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda daxilində koronavirusa yoluxanların sayı 28-ə çatıb. Daha öncə futbolçulardan biri xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyətinin stabil olduğu bildirilib.
Məsələ ilə əlaqədar olaraq Sequndanın son turu çərçivəsində "Deportivo" ilə oynanılmalı olan matç təxirə salınmışdı. "Fuenlabrada" sözügedən görüşdən qalib ayrılacağı təqdirdə, La Liqaya yüksəlmə uğrunda pley-off oynamağa haqq qazanacaqdı. Bu səbəbdən pley-off matçları təxirə salınıb.
"Fuenlabrada" təhlükəsizlik protokolunu pozmaqda ittiham olunur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər