"Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldu Premyer Liqa və Çempionlar Liqası oyunları öncəsi paylaşım edib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı hücumçu "Twitter" səhifəsində “Qollarımızı çırmalayıb işimizi görməyin vaxtı gəldi! Gəlin, nail olmağa çalışdığımızın ardınca gedək!"
Time to role up the sleeves once again and just get the job done! Let’s chase what we are trying to achieve this season! ?? #MUFC pic.twitter.com/vgE4lYv8tv
— Cristiano Ronaldo (@Cristiano) November 19, 2021
Noyabrın 20-də İngiltərə çempionatının 12-ci turu çərçivəsində "Mançester Yunayted" "Uotford"la üz-üzə gələcək. Üç gün sonra isə “qırmızı şeytanlar” Çempionlar Liqasının 5-ci turunda “Vilyarreal”la qarşılaşacaq.
Qeyd edək ki, Ronaldu bu mövsüm İPL-də 8 matçda iştirak edib və 4 qol vurub. Çempionlar Liqasında isə portuqaliyalı futbolçu 4 oyun keçirib və 5 qol vurub.
Emin