İrqçi şüar yazanlar 10 il cəzalanacaq

İrqçi şüar yazanlar 10 il cəzalanacaq

Britaniyanın daxili işlər naziri Priti Patel internetdə irqçi və digər təhqiramiz ifadələr işlətdiyinə görə şəxsin 10 ilədək futbol matçlarında iştirakının qadağan ediləcəyi qanun irəli sürüb.  Fanat.Az xəbər verir ki, "Sky Sports" Priti Pratelin dediklərini belə çatdırır: “Bu yay biz internetdə irqçi trollarla yadda qalan bir oyuna şahidlik etdik.  Onlar öz klaviaturalarının arxasında gizlənib, futbolçularımızı təhqir ediblər.  İrqçilik qəbuledilməzdir, futbol çox uzun müddətdir ki, bu utanc verici qərəzlərlə ləkələnib.  İnsanlar internetdəki hərəkətlərinə görə cavab verməlidirlər, qanuna təklif olunan düzəlişlər qanunu pozanların futbol matçlarına getməsinə qadağa qoyacaq " Xatırladaq ki, AVRO - 2020-dən sonra İngiltərə millisinin bir neçə qaradərili futbolçusu irqçi təhqirlərə məruz qalmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər