Müqavilə ilə "Fənərbağça"ya məxsus olan Allahyar Səyyadmaneş "Hall Siti"yə transfer olub.
Fanat.Az "Aspor"a istinadən xəbər verir ki, bu yaxınlarda Türkiyənin tanınmış televiziya aparıcısı və iş adamı Acun İlicalı tərəfindən alınan İngiltərə klubu İstanbul nəhənginə 4,5 milyon avro ödəyəcək. Bundan başqa, "Fənərbağça" futbolçunun sonrakı satışlarının 50 faizini alacaq.
Qeyd edək ki, “Fənərbağça” Səyyadmaneşi 2019-cu ildə İranın “İstiqlal” komandasından 750 min avroya heyətinə qatıb. İki mövsüm icarə əsasında "Zarya" komandasında çıxış edən futbolçu 49 matçda 15 qolla çıxış edib. 21 yaşlı futbolçu "İstanbulspor"da da icarə əsasında yarım mövsüm çıxış edib.
O, həmçinin İran milli komandasının formasını geyinir.
Mirağa