İranda qadınlar 1979-cu ildəki İslam İnqilabından sonra ilk dəfə stadionda futbol matçı izləyib.
Fanat.Az xəbər verir ki, ölkə hökuməti Tehrandakı 100 minlik "Azadi" stadionunda keçirilən İran - Boliviya yoldaşlıq oyununu 300 qadının izləməsinə icazə verib. Onlar stadiona qadın polislərin girişindən sonra buraxılıb.
İranlı qadınlara "DÇ-2018"in İran - Portuqaliya oyununu "Azadi" stadionunda quraşdırılan böyük ekranlarda izləməyə icazə verilmişdi. Bundan başqa 2017-ci ilin sentyabrında bəzi iranlı qadın millət vəkilləri "DÇ-2018"in seçmə mərhələsinin İran - Suriya oyununu izləməyə dəvət edilmişdi.
Fanat.Az