İquaynın ədəbsiz jesti cəzasız qalacaq

İquaynın ədəbsiz jesti cəzasız qalacaq

"Yuventus" Çempionlar Liqasının qrup mərhələsinə  Kataloniyada “Barselona”dan aldığı 0:3 hesablı yenilgiylə başlayıb. Fanat.Az xəbər verir ki, qonaqların hücumçusu Qonzalo İquayn həmin matça özünə rəva gördüyü ədəbsiz jestlə damğa vurub.

 

Matçın 87-ci dəqiqədə əvəzlənərkən onu fitə basan yerli azarkeşlərə orta barmağını göstərən sabiq "Real"lı cəzasız qalacaq.

 İtlaiya mətbuatına inansaq, UEFA-nın İntizam Komitəsi məlum insidenti qulaqardına vuracaq. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər