Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş reallaşıb. “Vest Hem” öz meydanında “Börnli” ilə heç-heçə edib. Üç qolun qeydə alındığı “Nyukasl” - “Lester Siti” duelini isə "sağsağanlar" qazanıb. Qeyd edək ki, turun dörd oyunu İngiltərə Federasiya Kubokundakı matçlarla əlaqədar təxirə salınıb.
İngiltərə Premyer Liqası
33-cü tur
17 aprel
Nyukasl – Lester Siti 2:1 Qollar: Gimaraeş, 30; 90+5 – Lukman, 19. Vest Hem – Börnli 1:1 Qollar: Souçek, 74 – Veqorst, 33.
16 aprel
Tottenhem – Brayton 0:1 Qol: Trossard, 90.
Mançester Yunayted – Norviç 3:2 Qollar: Ronaldo, 7; 32; 76 – Douel, 45+1. Pukki, 52.
Sauthempton – Arsenal 1:0 Qol: Bednarek, 44.
Uotford – Brentford 1:2 Qollar: Dennis, 54 – Norqaard, 15. Yansson, 90+6.
