İPL-in rəmzi "11-liy"inə kimlər düşdü?

İPL-in rəmzi "11-liy"inə kimlər düşdü?

"InStat”ın təhlilinə əsasən İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün rəmzi komandası qurulub.

 

 

 

Fanat.Az xəbər verir ki, "11-lik”də 4 klubun oyunçuları yer alıb.

 

"Mançester Siti" çempion olmasına baxmayaraq, simvolik komandada "Liverpul"lular çoxluq təşkil edir. Belə ki, "qırmızılar"ın 6 üzvü heyətə düşə bilib. Həmçinin "Mançester Siti", "Çelsi" və "Mançester Yunayted" də oyunçu ilə təmsil olunublar. Siyahıya oyunların yarıdan çoxunda iştirak edən futbolçuların adı salınıb.

 

Qapıçı: Allison Beker ("Liverpul")

 

Müdafiəçilər: Endryu Robertson, Vircil van Deyk, Joel Matip (hamısı "Liverpul"), Kayl Uolker ("Mançester Siti")

 

Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted"), Eden Azar ("Çelsi")

 

Hücumçular: Məhəmməd Salah, Roberto Firmino (hər ikisi "Liverpul"), Serxio Aquero ("Mançester Siti")

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər