İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşısı adına namizədlər açıqlanıb.
Fanat.Az İPL-in rəsmi saytına istinadən xəbər verir ki, ayın ən yaxşı məşqçisi adına 5, ən yaxşı futbolçusu adına isə 6 namizəd var.
Seçim azarkeşlər tərəfindən qurumun rəsmi saytında onlayn səsvermə yolu ilə keçirilir.
Namizədlərin siyahısını təqdim edirik:
Ayın baş məşqçi:
Mikel Arteta (Arsenal) Yurgen Klopp (Liverpul) Xosep Quardiola (Mançester Siti) Din Smit (Aston Villa) Qrem Potter (Brayton)

Ayın futbolçusu:
Jao Kanselo (Mançester Siti) Kriştianu Ronaldu (Mançester Yunayted) Antoni Rüdiger (Çelsi) Məhəmməd Sala (Liverpul) Sent Maksimin (Nyukasl) İsmaila Sarr (Uotford)

Qeyd edək ki, siz də həmin səsvermədə iştirak edə bilərsiniz.
Xatırladaq ki, qaliblərin adı oktyabr ayının ilk həftəsi açıqlanacaq.
Emin Şəmsiyev