İnzagi Mourinyunu geridə qoydu

İnzagi Mourinyunu geridə qoydu

İtaliya A Seriyasının 33-cü turunda əzəli rəqibi "Milan"ı yenərək (2:1) sona 5 tur qalmış çempionluğu təmin edən "İnter"in baş məşqçisi Simone İnzagi İtaliya klubunda qazandığı titul sayında Joze Mourinyunu geridə qoyub.

Fanat.Az xəbər verir ki, bu çempionluq onun əldə etdiyi 6-cı mükafatdır. 

İnzagi daha öncə "qara-göylər"in çalışdrıcısı qismində iki dəfə İtaliya Kubokuna və üç dəfə ölkə Superkubokuna yiyələnib.

Mourinyo "İnter"də 5 kubok qazana bilib. "Neradzurra"nın rekordçuları isə hərəyə 7 titulla Helenio Herrera və Roberto Mançinidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər